Parisdə 100 minlik nümayiş

Parisdə 100 minlik nümayiş
  13 Aprel 2014    Oxunub:1025
Parisdə hökumətin iqtisadi siyasətinə qarşı nümayiş keçirilib.
Aprelin 12-də Parisdə yeni hökumətin sərt iqtisadi siyasət yeritməsinə etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, bir neçə həmkarlar təşkilatının çağırışı ilə nümayişdə 100 mindən artıq adam iştirak edib.

Paytaxtın Respublika meydanından Nasyon meydanına doğru hərəkət edən nümayişçilər “Olland kifayətdir!”, “Vallsı təqaüdə göndərək!” və digər şüarlar səsləndiriblər.

Təşkilatçılar bu nümayişin yeni baş nazir təyin edilən Manuel Vallsın rəhbərlik etdiyi hökumətə xəbərdarlıq mesajı olduğunu bildiriblər.


Teqlər:





Xəbər lenti