Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
  13 Aprel 2014    Oxunub:1042
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən verdiyi xəbərə görə, aprelin 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın bölgələrində də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti