Sahibkarlara 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq olunub

 Sahibkarlara 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq olunub
  01 Mart 2022    Oxunub:2276
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2021-ci ildə qanunvericiliyin pozulması üzrə qaldırdığı işin sayını açıqlayıb.
AzVision.az xəbər verir ki, barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il qanunvericiliyin pozulması üzrə 20 iş qaldırıb:

“Ötən il ərzində bazar iştirakçılarına 710 min manatdan artıq maliyyə sanksiyası tətbiq olunub. Eyni zamanda, həmin bazar iştirakçılarına göstərişlər verilib”.

M.Abbasbəyli qeyd edib ki, qurumun məqsədi sahibkarları cərimələmək və sanksiya tətbiq etmək deyil: “Məqsədimiz qanun pozuntularının aradan qaldırılması və rəqabətli mühitin təmin olunmasıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti