Krımın qiyməti: 179 milyard dollar

Krımın qiyməti: 179 milyard dollar
  10 Aprel 2014    Oxunub:1151
Krımın Rusiyaya birləşdrilməsi ölkə iqtisadiyyatına 179 milyard dollara başa gəlib.
Ölkədən 33,5 milyard dollar kapital xaricə axıb, yerli şirkətlərin kapitallaşması Rusiyada 82,7 milyard dollar, London birjasında 62,8 milyard dollar azalıb.

AzVision.az-ın RBK-ya istinadla verdiyi xəbərə görə, ölkəyə bundan çox ziyan ancaq böhran vaxtı dəymişdi.

Əlavə olaraq, Mərkəzi Bank rublun ucuzlaşmasının qarşısını almaq üçün 11 milyard dollar xərcləyib.

Ekspertlərə görə, Ukraynanın Şərqində vəziyyətin gərginləşməsi də Rusiya iqtisadiyyatına ziyan vuracaq.

AzVision.az


Teqlər:





Xəbər lenti