Xalq artisti 30 il sonra Ağdamda - Evinin xarabalığını görüb ağladı + FOTOLAR

   Xalq artisti 30 il sonra Ağdamda -    Evinin xarabalığını görüb ağladı + FOTOLAR
  20 Fevral 2022    Oxunub:3331
Musiqili Komediya Teatrınının aktrisası, Xalq artisti Fatma Mahmudova 30 ildən sonra Ağdam şəhərində olub.

AzVision.az xəbər verir ki, bu haqda jurnalist Əli Novruzəliyev məlumat yayıb.
Sənətçi Ağdama "Atv səhər" verilişi vasitəsilə, Əli Novruzəliyevlə birlikdə gedib. Evini uçuq vəziyyətdə görən aktrisa göz yaşlarına hakim ola bilməyib. Sənətçi Ağdam Dövlət Dram Teatrı ilə üzbəüz yerləşən evinin qalıqlarını tapmaqda çətinlik çəkib. Uzun illərdən sonra doğma yurduna ayaq basan sənətkar Ağdamda su çərşənbəsini qeyd edib.

















AzVision.az


Teqlər: FatmaMahmudova  





Xəbər lenti