NASA-nın səs-küy doğuran sirrli FOTOSU

NASA-nın səs-küy doğuran sirrli  FOTOSU
  09 Aprel 2014    Oxunub:1274
«NASA»nın robotu `Curiosity`-nin dünyaya ötürdüyü son şəkil sosial şəbəkələrdə, eləcə də internet mediada böyük müzakirələrə yol açıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox hay-küyə səbəb olan məsələ isə, şəkilin sol tərəfində parıldayan işıqdır. İşığı görən internet istifadəçiləri müxtəlif bənzətmələr irəli sürüb: “Başqa bir dünyaya açılan qapı”, “yadplanetli” və “super qəhrəman” kimi fikirlər səsləndirilib.

Şəkilin gözlənildiyindən çox müzakirələrə səbəb olması NASA səlahiyyətlilərini açıqlama verməyə məcbur edib. NASA-dan verilən açıqlamada, parıltının qayaya düşən kosmik işıqla Günəşdən gələn işığın kəsişməsi nəticəsində ortaya çıxdığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti