Alimlər Yerin təkamülü proqnozunu dəyişiblər

Alimlər Yerin təkamülü proqnozunu dəyişiblər
  27 Yanvar 2022    Oxunub:483
Sürix ali texniki məktəbini bir qrup tədqiqatçısı Yerin nüvəsinin əvvəllər düşünüldüyündən yarım dəfə tez soyuducunu müəyyən ediblər.
AzVision.az xəbər verir ki, alimlərin araşdırmasının nəticələri "Earth and Planetary Science Letters" elmi jurnalında dərc olunub.

"Biz aşkar etmişik ki, mantiyanın və nüvənin sərhədində istilik keçirmə düşündüyümüzdən təxminən yarım dəfə yüksəkdir. Bu, nüvədən daha yüksək istilik axını və nəticədə daha yüksək mantiya konveksiyasını göstərir", deyə məlumatda qeyd olunur.

Elmi təcrübə zamanı mütəxəssislər laboratoriya şəraitində Yerin ara qatından olan materialların istiliyi necə keçirdiyini öyrəniblər. Əldə edilən məlumatlar planetin daxilində baş verənləri qiymətləndirməyə kömək edib.

Elmi araşdırmada Yerin bütün tarixi boyunca soyuduğu iddia edilir. Lakin bu prosesin sürəti barəsindəki məlumat planetin təkamülü anlayışını dəyişir, çünki vulkan püskürmələri və tektonik plitələrin hərəkəti bundan asılıdır.

Alimlərin fikrincə, nüvənin soyuması Yerin fəaliyyətini dayandırmağa, Merkuri və ya Mars kimi Günəş sisteminin bərk planetlərinə bənzəməsinə səbəb olacaq.

İbrahim Məmmədov
AzVision.az

Teqlər:







Xəbər lenti