Çin ABŞ-ı Olimpiadaya maneçilik törətməməyə çağırdı

Çin ABŞ-ı Olimpiadaya maneçilik törətməməyə çağırdı
  27 Yanvar 2022    Oxunub:518
"ABŞ Pekin Qış Olimpiya Oyunlarının keçirilməsinə maneçiliyi dayandırmalıdır". AzVision.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
- ABŞ Pekin Qış Olimpiya Oyunlarına maneçilik törətməyi, Tayvan məsələsində odla oynamağı dayandırmalı və hər cür Anti-Çin dairələri yaratmağa son qoymalıdır, - Çinli nazir deyib.

Daha bir ölkədən Pekin-2022-yə BAYKOT
Xatırladaq ki, ABŞ hakimiyyəti Qış Olimpiya Oyunları üçün Pekinə rəsmi nümayəndə heyəti göndərməyəcəyini açıqlamışdı. Buna səbəb Çində insan haqlarının pozulması iddiası olub. Pekində isə bu ittihamlar dəfələrlə rədd edilib. Diplomatik boykota ABŞ idmançılarının yarışlarda iştirakı daxil deyil. ABŞ-ın qərarı Böyük Britaniya, Avstraliya və Kanada tərəfindən dəstəklənib.

Qeyd edək ki, Pekində Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Çin   ABŞ  







Xəbər lenti