"NATO-nun Rusiyaya cavabında güzəşt yoxdur" - KİV

"NATO-nun Rusiyaya cavabında güzəşt yoxdur" -    KİV
  26 Yanvar 2022    Oxunub:916
NATO-nun Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə cavabında heç bir ciddi güzəşt yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə “DPA” agentliyi Alyansdakı mənbələrə istinadən məlumat yayıb.

“Diplomatların fikrincə, cavabda heç bir ciddi güzəştə gedilmir", - agentlik yazlb.

Qeyd olunub ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavabında Rusiyanın əsas tələblərinin qəbuledilməz olduğu bildirilir: “Cavabda Rusiyanın əsas tələblərinin Alyans üçün qəbuledilməz olduğunu açıq şəkildə göstərir”.

Agentliyin məlumatına görə, bura NATO-nun genişləndirilməməsi və Şərqi Avropadakı üzv ölkələrdən qoşunların çıxarılması tələbi də daxildir.

AzVision.az



Teqlər: NATO   Rusiya  





Xəbər lenti