“Bəyin oğurlanması” filminin aktyoru vəfat etdi

   “Bəyin oğurlanması” filminin aktyoru vəfat etdi
  23 Yanvar 2022    Oxunub:2716
Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib. Bu barədə bazar günü teatrın Facebook səhifəsi məlumat yayıb.
Bildirilib ki, aktyor yanvarın 22-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb. 11993-cü ildən “Taqanka Aktyorlar Ansamblı”nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan kinosunda "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm... bağışla" filmlərində maraqlı obrazlar yaradıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti