Ötən il paytaxtda 197 nəfər yol qəzasında ölüb

   Ötən il paytaxtda 197 nəfər yol qəzasında ölüb
  22 Yanvar 2022    Oxunub:691
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı olan cinayət işləri olub.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2021-ci il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.

AzVision.az




Teqlər: Bakı   yol-qəzası  





Xəbər lenti