“Qəbələ” yoxlama oyununda qalib gəlib

“Qəbələ” yoxlama oyununda qalib gəlib
  21 Yanvar 2022    Oxunub:515
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
AzVision.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevin yetirmələri Antalya toplanışında ikinci sınağına çıxıb. Təmsilçimiz Şimali Makedoniyanın “Boreç” klubu ilə üz-üzə gəlib. “İC Santai” otelinin futbol mərkəzində baş tutan matçın hər hissəsi 35 dəqiqədən ibarət olub.

Matçda “Qəbələ” 1:0 hesablı qələbə qazanıb. Bu, Azərbaycan komandalarının 2022-ci ildə keçirilən oyunlarda ilk qələbəsi olub. Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Polşanın “Yagelloniya” komandasına 1:2 hesabı ilə uduzub.

AzVision.az

Teqlər: Qəbələ  







Xəbər lenti