Daha bir məktəb əyani tədrisə qayıdıb

Daha bir məktəb əyani tədrisə qayıdıb
  21 Yanvar 2022    Oxunub:1529
Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən mılumata görə, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti