Sabah Qazaxıstanda fövqəladə rejim dayandırılacaq

Sabah Qazaxıstanda fövqəladə rejim dayandırılacaq
  18 Yanvar 2022    Oxunub:892
Qazaxıstanın Nur-Sultan və Almatı şəhərləri, həmçinin Almatı, Atırau, Cambıl, Qızılorda və Manqistau vilayətlərindəki fövqəladə vəziyyət rejimi yanvarın 19-da gecə yarısından etibarən dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali Facebook səhifəsində məlumat yayıb.

Almatı merinin kortejinə silahlı hücum olub- VİDEO
Onun sözlərinə görə, ölkə artıq normal həyata qayıdır.

- Xalqın birliyi və həmrəyliyi, hüquq-mühafizə orqanlarının, ordunun fədakar əməyi sayəsində bütün Qazaxıstanda asayiş və əmin-amanlıq bərpa olunub. Qoy ölkəmizdə daim əmin-amanlıq və firavanlıq hökm sürsün! - Qazaxıstan prezidentinin mətbuat katibi yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan  





Xəbər lenti