Gürcüstanda virusa yoluxanların sayı milyona çatır

Gürcüstanda virusa yoluxanların sayı milyona çatır
  15 Yanvar 2022    Oxunub:705
Gürcüstanda son sutkada ölkədə daha 5 381 nəfər koronavirusa yoluxub, 30 pasiyent pandemiyanın qurbanı olub.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat verilir. Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 990 183-ə, sağalanların sayı 925 137-yə, bu virusdan ölənlərin sayı isə 14 425-ə çatıb.

Hazırda Gürcüstanda 50 595 aktiv koronavirus xəstəsi var. Bundan başqa, 2077 nəfər klinik otellərdə, 53 nəfər karantin rejimindədir. Qeyd edək ki, Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı da artıb.

Son sutkada ölkədə daha 89 nəfərdə “omikron”a yoluxma təsdiq olunub. Bununla da, Gürcüstanda COVID-19-un yeni ştamına yoluxanların sayı 1 185-ə çatıb.

AzVision.az



Teqlər: COVID-19  





Xəbər lenti