Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib

 Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib
  15 Yanvar 2022    Oxunub:449
Türkiyə ordusu Şanlıurfanın Akçakale bölgəsində terror aktından sonra başlatdığı əməliyyatla 44 terrorçunu zərərsizləşdirib. AzVision.az"TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, terrorçuların hər hücumuna ikiqat cavab veriləcəyinə heç kimin şübhəsi olmasın: "Şəhidlərimizin qanını yerdə qalmadı və qalmayacaq".
Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Terrorçu  





Xəbər lenti