Almatıda 2,4 mindən çox insan saxlanılıb

Almatıda 2,4 mindən çox insan saxlanılıb
  15 Yanvar 2022    Oxunub:619
Hüquq-mühafizə orqanları Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2,4 mindən çox insanı saxlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə şəhər komendaturasının informasiya mərkəzi məlumat yayıb. Qeyd olunub ki, polisin əməliyyatı başlayandan indiyədək qanunsuz hərəkətlərin, talanların və digər cinayətlərin ümumilikdə 2 402 iştirakçısı saxlanılıb. Ümumilikdə 79 odlu silah və 3 976 döyüş sursatı götürülüb.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub.

Toqquşmalar zamanı minlərlə insan yaralanıb. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.


AzVision.az


Teqlər: Talan   Almatı  





Xəbər lenti