Ötən gün 14 nəfər toylara buraxılmayıb

Ötən gün 14 nəfər toylara buraxılmayıb
  15 Yanvar 2022    Oxunub:726
Ötən gün 14 nəfər toylara buraxılmayıb, 2 nəfər cərimə olunub.
AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 153 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 14 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: Toy  





Xəbər lenti