Qurdlu sosiska ilə bağlı Açıqlama

Qurdlu sosiska ilə bağlı  Açıqlama
  05 Aprel 2014    Oxunub:2301
"Sosial şəbəkədə paylaşılan fotodakı məhsulun “1000 bərəkət, halal nemət”ə aid olması şübhəlidir"
AzVision.az ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bu gün sosial şəbəkələrdə “1000 bərəkət, halal nemət” markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxması ilə bağlı verilən informasiyalar həqiqəti əks etdirmir". Bu barədə “1000 bərəkət, halal nemət” şirkətinin direktoru Fəxrəddin Bəşirov açıqlamasında deyib. Onun sözlərinə görə, “Facebook” sosial şəbəkəsində paylaşılan fotodakı məhsulun “1000 bərəkət, halal nemət” markasına aid olması belə şübhəlidir. Çünki məhsulun üst örtüyü yoxdur.

Şirkət rəsmisi onu da əlavə edib ki, ət kombinatının buraxdığı məhsulun ekoloji təmizliyi və yüksək istehlak keyfiyyəti bir sıra amillərlə müəyyən olunur.

“Məhsullarımızın istehsalında yalnız yüksək keyfiyyətli komponentlərdən istifadə olunur. Xammal və ədviyyatların təhlükəsizliyi daim yoxlanılır. Bundan əlavə, məhsulun istehsalı zamanı dad gücləndiricilərindən, kimyəvi və ya sintetik komponentlərdən, süni konservantlardan istifadə olunmur. Məhsullar istehsal olunarkən, onların bir nümunəsi bir ay müddətində sınaq laboratoriyasında qalır. İstənilən şəxs həmin nümunə ilə tanış ola bilər”, - deyə Fəxrəddin Bəşirov bildirib.

Fəxrəddin Bəşirovun sözlərinə görə, “Sahliyali” şirkətinin uğur əldə etməsinin başlıca səbəbi alıcıların qarşısında dürüst olmasıdır.

“Məhsullarımızın qiyməti onun keyfiyyətinə uyğundur. Biz münasib qiymətlərə sağlam, yüksək keyfiyyətli məhsul təklif edirik. “Sahliyali” şirkəti Azərbaycan bazarının liderlərindən biridir, məqsədimiz əldə etdiyimiz mövqeləri saxlamaq və liderliyimizi möhkəmləndirməkdir”, - deyə Fəxrəddin Bəşirov əlavə edib.



Teqlər:  





Xəbər lenti