"Baytarlıq üzrə kadr çox məhdud saydadır" - İbrahim Cəfərov

   "Baytarlıq üzrə kadr çox məhdud saydadır" -    İbrahim Cəfərov
  13 Yanvar 2022    Oxunub:2055
"Baytarlıq təbabəti üzrə elmlər namizədi təəssüf ki, yoxdur. Çünki bu spesifik sahədir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün hüquq sahəsində elmlər namizədi lazım olsa, bu istiqamətdə 15-20 nəfər gəlib, sənəd verə bilər:

"Baytarlıq təbabəti ixtisası ölkədə bir Aqrar Universitetdə, bir də Baytarlıq Elmi Tədqiqat İnstitutundadır. Bu, ixtisas üzrə kadr çox məhdud saydadır. Göstərişimlə illərdir yaxşı tələbələri 3-cü kursdan izləyirik. Tələbələrə dəstək veririk, onlar üçün xüsusi müəllim tuturuq. Lakin onların yetişməsi 7 il çəkir. Bir nəfərin magistraturaya qəbul olunub, dərəcə alması 7 il müddət alır. Bu sahədə peşəkarların azlığı sahəyə marağın olmamasından deyil, prosesin çox uzun olmasından irəli gəlir".

Rektor qeyd edib ki, Aqrar Universitetdə 30 yaşa qədər və 30 yaşında müdafiə edən fəlsəfə doktorlarının hər birinə 3000 manat, onun elmi rəhbərlərinə 2000 manat verilir.

" 50 yaş və bu yaşadək elmlər doktoru namizədliyini müdafiə edib təsdiqini alanlara birdəfəlik 10 min manat yardım köçürülür. Bu güzəştlər Azərbaycan Dövlət Aqrar Universitetində müdafiə edib təsdiqini alan hər bir kəsə şamil olunur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti