Xoşbəxtliyin 8 sirri

Xoşbəxtliyin 8 sirri
  05 Aprel 2014    Oxunub:1362
Huffingtonpost.com saytı xoşbəxt olmağın yollarını açıqlayıb.
AzVision.az xəbər verir ki, adı çəkilən saytda bu yollar belə göstərilib:

1. Bağışlamaq. Hər birimiz gündəlik həyatımızda kimdənsə, nədənsə küsür və inciyirik. Amma kin saxlamaq qarşınızdakından çox sizə zərər verir. Buna görə də xoşbəxt olmaq üçün ilk növbədə sizi incidənləri bağışlamağı bacarın.

2. Xəyallarınızdan əl çəkməyin. Marie Forleo dediyi kimi dünyanın sənin fərqliliyinə ehtiyacı var. Xəyallarınızdan vaz keçmək, “artıq gecdir” demək həvəsinizin, üzünüzdəki gülüşünüzün yox olmasına səbəb ola bilər.

3. Ürəyinizdən keçənləri həyata keçirməkdən çəkinməyin. Rəqs eləmək, idmana getmək, teatra getmək bu seçimlərinizdən biri ola bilər.

4. Kömək əli uzadın.
İnsanlara kömək etmək ilk öncə içinizdən gəlməlidir. Aparılan araşdırmalara görə, yardım işlərində çalışan insanlar digərləri ilə müqayisədə daha güclü pisxologiyaya malik olurlar. Buna görə də qarşılıq gözləmədən kömək etməyə çalışın.

5. Müqayisə etməyin.
Kənardan baxıb heç nəyi dəyərləndirməyin. Məsələn, bir dostunuz çox xoşbəxt, gözəl və maddi durumu yaxşı kimi görünə bilər, amma içində nə yaşadığını heç kim bilə bilməz. Buna görə də heç vaxt başqalarının həyatlarıyla özünüzün həyatını müqayisə etməyin.

6. Həyat təcrübənizə mülkünüzdən daha çox önəm verin.
Çünki milyonlarla dollarınız olsa belə hər gününüz stress altında keçirsə o günün bir qiyməti olmayacaq.

7. Stəkanın dolu tərəfini görməkdən vaz keçməyin.
Başınıza gələn üzücü hadisələrə əlbəttə ki, təəssüflənməyiniz normaldır. Amma qarşınıza çıxan maneələr sizi yormamalıdır. Hədəfərinizdən vaz keçməyin və hər şeyin yaxşı tərəfini görməyə çalışın.

8. Qorxularınızın üstünə gedin.
Qərar verərkən məntiqiniz, qorxularınız, yoxsa duyğularınızla qərar verirsiniz? Cek Kornfild hesab edir ki, qorxu evin ən ucuz küncüdür. Buna görə də daha yaxşı bir küncü seçin və qorxularınızın yaratdığı hisslərlə qərar verməyin.


Zümrüd Cavadova



Teqlər:  





Xəbər lenti