“Kesişme: İyi Ki Varsın Eren” filmi artıq “Park Cinema”da

   “Kesişme: İyi Ki Varsın Eren”    filmi artıq “Park Cinema”da
  07 Yanvar 2022    Oxunub:2100
Türkiyənin ən gözlənilən filmlərindən biri, "Kesişme: İyi Ki Varsın Eren”, artıq "Park Cinema”da.
Film Trabzon Maçkada terrorçularla qarşıdurma zamanı həyatını itirən 15 yaşlı Eren Bülbül və zabit Ferhat Gedikin həyatından bəhs edir.

TRT kanalı tərəfindən istehsal olunmuş, baş rollarda İsmail Hacıoğlu, Rahman Beşel, Ahmet Eren Taşdelen, Alayça Öztürk, Gülçin Kültür Şahin çəkilmiş, rejissoru Özer Feyzioğlu olan film yanvarın 1-dən Türkiyənin kinoteatrlarında artıq nümayiş olunmağa başladı və bir həftə içində 200 000 izləyici tərəfindən baxılıb.

"Park Cinema”, filmi Azərbaycanda nümayiş etdirən yeganə kinoteatrlar şəbəkəsidir. Qeyd edək ki, bu filmə "Park Cinema Flame Towers”, "Park Cinema Park Bulvar”, "Park Cinema Metropark”, "Park Cinema Zagulba Mall” və "Park Cinema Şahdağ” kinoteatrlarında baxmaq olar.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti