Azərbaycanlı fotoqraf 95 yaşında vəfat edib

Azərbaycanlı fotoqraf 95 yaşında vəfat edib
  04 Yanvar 2022    Oxunub:2201
Fotoqraf, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Kamal Babayev vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Kamal Babayevin uzun sürən xəstəlikdən sonra 95 yaşında dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhum 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Elə həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və bu günə kimi muzeyin fotoqrafı kimi işləyib.

1990-cı illərdə Moskvada çıxan "Panorama Azərbaycana" qəzeti ilə əməkdaşlıq edib, fotoşəkil və məqalələri dərc olunub. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş "Master i Marqarita" müsabiqəsinin və "Serdse" müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış "Azərbaycan fotoqraflarının əsərləri" sərgisində bir neçə əsəri ilə çıxış edib. "Azərbaycan Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.

AzVision.az



Teqlər:





Xəbər lenti