İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın HƏDƏFLƏRİ

İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın HƏDƏFLƏRİ
  03 Aprel 2014    Oxunub:6921
Dünən Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bəs bu Milli Strategiyada nələrnəzərdə tutulub?

Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin hərtərəfli və tam inkişafdır. Bunun üçün dövlət öz üzərinə düşən işləri görəcək.

Strategiyada qarşıya qoyulan əsas hədəflər bunlardır:

- Növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi;

- Rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması;

- Ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi;

- Kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi;

- Vətəndaşların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi;

- “Elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi;

- İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi;

- Mütəxəssislərin və elmi kadrların hazırlanması;

- Ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası.

Göründüyü kimi, bu, zamanın ruhuna tam uyğun olan bir strategiyadır. Çünki yaxın gələcəkdə İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Hazırkı dövrdə məhz internet iqtisadiyyatı yeni imkanların yaranmasına, strateji üstünlüyün əldə olunmasına yol açır. Yaxın 10 ildə bu potensial daha da genişləndiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti