Monika Beluççi Rusiyanın birinci ledisi ola bilər?

Monika Beluççi Rusiyanın birinci ledisi ola bilər?
  03 Aprel 2014    Oxunub:1796
Rusiyalı milyarder və siyasətçi Mixail Proxorov məşhur aktrisa Monika Beluççiyə evlənmək təklif edib.
Qeyd edək ki, Monika keçmiş əri, aktyor Vensan Kasseldən boşanandan sonra Proxorov ona diqqət göstərirdi. Onun aktrisaya verdiyi qiymətli hədiyyələr, o cümlədən, milyon dollardan baha olan `Gout de Diamants` şampan şərabı böyük səs-küyə səbəb olmuşdu.

AzVision.az showbizdaly-yə istinadla xəbər verir ki, bu yaxınlarda Mixail Proxorov qara brilyant qaşlı Graff üzüyü ilə Monikaya evlənmək təklif edib. Yayılan xəbərlərə görə, Monika Beluççi boşanma rəsmiləşdirməsini tezliklə qaydaya salmaq üçün tələsir. Nə bilmək olar, axı Proxorov həm də Rusiya prezidentliyinə iddialıdır. Demək, aktrisanın dünyanın ən böyük ölkəsinin birinci ledisi olmaq şansı da var. Və Proxorov da ona məhz bunu vəd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti