Gənc tamaşaçılar teatrının aktyoru vəfat etdi

   Gənc tamaşaçılar teatrının aktyoru vəfat etdi
  20 Dekabr 2021    Oxunub:1729
Gənc tamaşaçılar teatrının aktyoru, əməkdar artist Elşən Çarhanlı vəfat edib.
Bu barədə AzVision.az -a teatrın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aktyor bir neçə saat öncə qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Çarhanlı 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.

1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru idi.

AzVision.az


Teqlər: Aktyor  





Xəbər lenti