Belarus pulu avroya oxşayacaq

Belarus pulu avroya oxşayacaq
  03 Aprel 2014    Oxunub:6929
AzVision.az Rusiya mətbuatına xəbər verir ki, Belarus pul əsginaslarını dəyişdikdən sonra əsginasın avroya oxşayacağı məlum olub. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko açıqlamasında bildirib.
“Mən bilirəm, siz qəşəng pul istəyirsiz. Milyonu pul qabında saxlamaq sizin ücün agirdı. Vaxtı gələndə biz pullarımızı dəyişəcəyik. Avro kimi bəzəkli pullarımız olacaq” – deyə Aleksandr Lukaşenko yeni təyyarə təmiri zavodunun acılışında bildirib.

Onun sözlərinə görə, yeni əsginasların coxdan hazır olduğunu və xüsusi yerlərdə qorunduğunu qeyd edib.

Uzun muddətdir Belarus pulunun denominasiyası barədə söhbətlər gəzsə də konkret vaxt göstərilmir. Prezident buna da aydınlıq gətirib: "Bunun ücün iqtisadiyyatda stabillik olmalı, iqtisadi inkişafımız davamlı olmalıdır".

Lukaşenko alti ay qabaq denominasiyanın başlamasına start vermək istəsə də sonradan inflyasiyanin yuksəlməsi ilə əlaqədar qərarını dəyişdi. Mərkəzi Bankın rəhbəri Nadejda Yermakova bu il inflyasiya ilə əlaqədar denominasiyaya start verilməyəcəyini bildirib.

Əgər bu baş tutsa, Belarus tarixində 3-cü denominasiya olacaq.


Teqlər:  





Xəbər lenti