Emin "Rusiyanın ən zövqlü kişisi" ola biləcəkmi?

Emin "Rusiyanın ən zövqlü kişisi" ola biləcəkmi?
  03 Aprel 2014    Oxunub:1269
AzVision.az xəbər verir ki, "Hello" dərgisinin keçirdiyi "Rusiyanın ən zövqlü kişisi -2014" müsabiqəsinin finalçıları bəlli olub.

20 məşhur arasından müğənni-bəstəkar Emin Ağalarov, Dima Bilan, Filipp Kirkorov, aktyor Danila Kozlovski, Petr Fedorov və aparıcı İvan Urqant finalçılar sırasına yüksəlib.

"Ən dəbli kişi"nin adına internet vasitəsilə aparılan sorğu nəticəsində aydınlıq gələcək. Sorğunun bu dəqiqəyə olan yekununa əsasən 55% səs üstünlüyü ilə Dima Bilan ilk pillədədir. Emin isə müvafiq olaraq dördüncü yerdə qərarlaşıb. Həmyerlimizə səs vermək üçün aşağıdakı linkə daxil olub seçim etmək lazımdır:

Qeyd edək ki, qalibin adı aprelin 21-də baş tutacaq təmtəraqlı gecədə bəlli olacaq.


Teqlər:





Xəbər lenti