Xorvatiyalı musiqiçi: “Azərbaycan və azərbaycanlılar məni heyran etdi"

   Xorvatiyalı musiqiçi:    “Azərbaycan və azərbaycanlılar məni heyran etdi"
  17 Dekabr 2021    Oxunub:2035
“Bir neçə saatdır ki, Azərbaycandayam, lakin bu ölkə və onun insanları haqqında çox yüksək təəssüratlarım var. Onlar məni heyran etdi”.
AzVision.az bildirir ki, bu sözləri Xorvatiyanın Bakıda səfərdə olan məşhur “Klapa Bosket” musiqi qrupunun üzvü Davor Cakovic jurnalistlərə açıqlamasında bildirib. Musiqiçi Azərbaycanın milli musiqiləri ilə yaxından tanış olduğunu da diqqətə çatdırıb:

“Buradakı abu-hava bizim gözlədiyimizdən də xeyli gözəl, təsirlidir. Ümid edirəm ki, yenidən Azərbaycana səfər edəcəyik.

Azərbaycanın tarixi, ənənəvi musiqilərini dinləmişəm. Ümumiyyətlə, bizim qrup Xorvatiyanın tarixi musiqilərini ifa edir, bu baxımdan başqa xalqların da tarixi musiqiləri ilə yaxından tanış olmağa çalışırıq”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti