ABŞ investorlarının azad edilən ərazilərin bərpasında iştirakı müzakirə olunub

 ABŞ investorlarının azad edilən ərazilərin bərpasında iştirakı müzakirə olunub
  08 Dekabr 2021    Oxunub:1111
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

"Amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", -nazir əlavə edib.

AzVision.az



Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti