Turizm bələdçiləri üçün akkreditasiya 200-500 manata başa gələcək
“Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev isə deyib ki, akkreditasiya 200-500 manata başa gələcək. “Biz istəyirik ki, bu məbləğin bir hissəsini Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu ödəsin. Ümid edirik ki, gələn ilin sonuna qədər bu, qəbul olunacaq”, - deyə o, qeyd edib.
T.Musayev ölkədəki bələdçilərin sayını da açıqlayıb: "Hazırda ölkəmizdə 300-ə yaxın turizm bələdçisi var. Optimallaşmadan sonra təxminən 100 turizm bələdçisi qalacağını düşünürük".
Aytən Zəhra
AzVision.az