"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb
  06 Dekabr 2021    Oxunub:1390
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə ölkə prezidentinin 4 oktyabr tarixli fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.


Teqlər:





Xəbər lenti