“Araz Vadisi İqtisadi Zonası”nın bir hissəsi minadan təmizlənib

   “Araz Vadisi İqtisadi Zonası”nın bir hissəsi minadan təmizlənib
  06 Dekabr 2021    Oxunub:722
Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” əhatə etdiyi 200 hektar ərazini bir hissəsi artıq mina və partlamamış hərbi sursatlardan təmizlənib.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib. Onun sözlərinə görə, Qarabağdakı sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək:

“Onlara böyük güzəştlər, o cümlədən vergi güzəştləri veriləcək. Ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti