"Qarabağın torpaq və su ehtiyatları vəhşicəsinə istifadə edilib" - Nazir

   "Qarabağın torpaq və su ehtiyatları vəhşicəsinə istifadə edilib" -    Nazir
  03 Dekabr 2021    Oxunub:1162
Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqları işğaldan azad etməsi nəticəsində bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm imkan yaranıb. Qarabağ bölgəsi tarixən kənd təsərrüfatının ən inkişaf etdiyi bölgələrdən olub.
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" panelində çıxışı zamanı deyib. O bildirib ki, işğaldan əvvəl həmin torpaqlarda taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük təsərrüfatları üstünlük təşkil edilib.

"İşğaldan əvvəl bölgə heyvandarlığın inkişafı ilə digər regionlardan irəlidə olub. 30 il ərzində bölgənin kənd təsərrüfatına ermənilər böyük ziyan vurub. Bölgənin torpaq və su ehtiyatları vəhşicəsinə istifadə edilib və hazırda erməni barbarlığının aradan qaldırılması üçün yenidənqurma işləri başlanılıb".

Nazir qeyd edib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafı üçün addımlar atılır: "Artıq burada payızlıq və yazlıq əkinlər aparılır. Bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarında arıçılıq və qoyunçuluq təsərrüfatları köçürülüb. Layihənin nəticələri uğurlu olub və yüksək məhsuldarlıq əldə olunub".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti