Ermənistanda virusdan ölənlərin sayı 7 631 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7 631 nəfərə çatıb
  02 Dekabr 2021    Oxunub:513
Ermənistanda son sutka ərzində daha 558 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 339 578 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 631-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1450 nəfərdir. Aktiv xəstələrin sayı 12 016 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti