Rusiyanın ən varlı adamlarının sərvəti 38 milyard dollar artıb

   Rusiyanın ən varlı adamlarının sərvəti 38 milyard dollar artıb
  02 Dekabr 2021    Oxunub:846
“Bloomberg Billionaires Index”in (BBI) reytinqinə əsasən, Rusiyanın ən varlı adamlarının ümumi sərvəti 2021-ci ilin əvvəlindən 38 milyard dollar artıb.
AzVision.az xəbər verir ki, BBI reytinqində 27 rusiyalı da daxil olmaqla, dünyanın ən varlı 500 adamının məlumatları yer alıb. Hazırda rusların ən zəngini “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelsondur, onun sərvəti 6 milyard dollar artaraq 30,8 milyard dollara çatıb. “Norilsk nikeli”nin rəhbəri Vladimir Potaninin cari il ərzində 21 milyard dollar qazanaraq sərvətini 30 milyard dollara yüksəldib. O, Rusiyalı milyarderlər arasında ikinci yeri tutur.

Üçüncü sırada 4,18 milyard dollar qazanan və sərvətini 27,2 milyard dollara yüksəldən “Severstal”ın əsas sahibi Aleksey Mordaşov qərarlaşıb.
İlk beşliyə həmçinin NLMK-nın benefisiarı Vladimir Lisin (3,12 milyard qazanc, ümumi sərvət 27 milyard dollar), həmçinin “Lukoyl”un prezidenti Vahid Ələkbərov (43, milayrd dollar qazanc, ümumi sərvət 21,6 milyard dollar) daxil olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Milyonçu  





Xəbər lenti