Çavuşoğlu və Lavrov İsveçdə görüşəcəklər

   Çavuşoğlu və Lavrov İsveçdə görüşəcəklər
  01 Dekabr 2021    Oxunub:238
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Lavrov və Çavuşoğlu ATƏT xarici işlər nazirlərinin 1-2 dekabrda İsveçdə keçiriləcək iclası çərçivəsində görüşəcəklər.

Rusiyanın XİN rəhbəri, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borell, Böyük Britaniya, İsveç, Macarıstan, Avstriya, Serbiyadan olan həmkarları ilə müzakirələr aparacaq. Onun bir sıra digər görüşləri də hazırlanır.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  







Xəbər lenti