Sirkdə “Zəfər sərgisi” açılıb

Sirkdə “Zəfər sərgisi” açılıb
  13 Noyabr 2021    Oxunub:1744
Bakı Dövlət Sirkində Zəfər sərgisi təşkil olunub. Sərgiyə Dövlət Rəsm Qalereyası və Caspian Awards da dəstək verib. “Zəfər rəssamların gözü ilə” sərgisinin əsas ziyarətçiləri şəhid və qazi ailələri olub.
44 günlük Vətən savaşında iştirak edən qəhrəmanlarımız döyüş təəssüratlarını qonaqlarla bölüşüblər. Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov tədbirdə iştirak edən şəhid və qazi ailələrinə təşəkkürünü bildirib və onları “Hünər Meydanı” adlı sirk proqramına baxmağa dəvət edib.


Bundan başqa, “Şəhid övladlarının Zəfər Sədası” xor dəstəsi də sərgi iştirakçıları üçün öz kliplərini təqdim ediblər. Onların layihə rəhbəri Həcər Əkbərova da sərgidə fikirlərini bölüşüb.
Tədbir iştirakçılarından Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud çıxış edib.


Sərgiyə “ASAN” Könüllülər Təşkilatının “Əsgərə məktub” layihəsi də dəstək verib, ziyarətçilər və Bakı Dövlət Sirkinin kollektivi əsgərlərimizə məktub yazıblar.

Sərgidə 15-ə yaxın peşəkar rəssamın Zəfər Günümüzdən bəhs edən əsərləri nümayiş etdirilir. “Zəfər rəssamların gözü ilə” sərgisi iki gün davam edəcək.


Xatırladaq ki, Bakı Dövlət Sirki Zəfər Günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib. Bu tədbirlər sırasında “Dəmir yumruq” kompozisiyasının təqdimatı, Zəfər Yürüşü də yer alıb.


Teqlər: Sirk   Sərgi  





Xəbər lenti