Azərbaycan milyonçu türklərin siyahısında

Azərbaycan milyonçu türklərin siyahısında
  29 Mart 2014    Oxunub:1199
Azərbaycan türk iş adamlarının ən çox sərmayə qoyduğu ölkələr sırasında yer alıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, 2013-cü ildə şirkətlərin xarici ölkələrə qoyduğu yatırımın ümumi məbləği 82 milyon dollar olub. 2014-cü ilin mart ayına qədər isə bu rəqəm 94 milyona çatıb.

Hesabatda bildirilir ki, inşaat şirkətlərinin fəaliyyət göstərdiyi ölkələrin də sayı artıb. Belə ki, 2003-cü ildə inşaat şirkətləri 36 ölkədə müxtəlif layihələr reallaşdırırdısa, 2013-cü ildə bu rəqəm 45 olub.

Şirkıətlərin ən çox fəaliyyət göstərdiyi ölkələr isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyadır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti