İçərisində 2 maşın olan qaraj yanıb

İçərisində 2 maşın olan qaraj yanıb
  28 Oktyabr 2021    Oxunub:893
Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan "Opel" və "Nissan" markalı minik avtomobillərinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti