"İŞİD" silahlıları İraqda 23 nəfəri öldürüb

"İŞİD" silahlıları İraqda 23 nəfəri öldürüb
  27 Oktyabr 2021    Oxunub:1070
"İŞİD” terror qruplaşması tərəfindən İraqın şərqindəki Diyalə əyalətindəki kəndlərdən birinə silahlı hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Daha əvvəl 15 nəfərin öldüyü açıqlanmışdı. Qeyd olunub ki, “İŞİD” yaraqlıları əl-Rəşad kəndində bir qrup gəncə hücum edib, həmçinin yaşayış binalarını müxtəlif növ silahlardan atəşə tutublar. Terrorçulara müqavimət göstərən İraq hərbçiləri kəndə daxil olduqdan sonra onlar geri çəkilməyə məcbur olublar.

AzVision.az



Teqlər: İraq   Hücum  





Xəbər lenti