"Canəli Əkbərovun vəfatı Azərbaycan incəsənəti üçün böyük itkidir" - Polad Bülbüloğlu
“Mən hər zaman təvazökarlığı və insani keyfiyyətləri ilə seçilən, bu xüsusiyyətləri ömrünün sonuna qədər saxlaya bilən Canəli müəllimin sənətini yüksək qiymətləndirmişəm, ona dəstək olmuşam. Onun demək olar bütün fəxri ad və mükafatları mənim mədəniyyət nazirliyinə rəhbərlik etdiyim dövrə təsadüf edir. Dəfələrlə onunla yol yoldaşı olmuşuq, hətta bir səhnəni bölüşmüşük. O vaxtlar xarici ölkələrə birgə səfərlər etmişik və Canəli Əkbərov hər zaman Azərbaycan muğam sənətini yüksək səviyyədə təmsil edib. Canəli müəllim Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin, ümumiyyətlə, Qarabağ muğam məktəbini yaşatmaq üçün böyük səylər göstərib, yeni nəsil ifaçılar yetişdirib, öz istedadı və təcrübəsi ilə bölüşüb. Canəli Əkbərovun əziz xatirəsi hər zaman qəlbimdə yaşayacaq. Mərhumun ailəsinə və yaxınlarına, həmkarlarına və tələbələrinə, onun unudulmaz istedadının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.
AzVision.az
Teqlər: CanəliƏkbərov