Canəli Əkbərov dəfn olundu

Canəli Əkbərov dəfn olundu
  23 Oktyabr 2021    Oxunub:787
Ötən gün dünyasını dəyişən Xalq artisti, xanəndə Canəli Əkbərov II Fəxri xiyabanda dəfn olunub.
AzVision.az xəbər verir ki, dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, nazirliyin nümayəldələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, C.Əkbərov şəkərli diabetdən əziyyət çəkirdi və iki gün əvvəl insult keçirərək komaya düşmüşdü.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

AzVision.az



Teqlər: CanəliƏkbərov  





Xəbər lenti