İran Ərəb dənizində neft terminalı tikəcək

İran Ərəb dənizində neft terminalı tikəcək
  26 Mart 2014    Oxunub:1144
AzVision.az Trend-ə istinadən xəbər verir ki, İran Ərəb dənizindəki Cask adasına neft ixrac etmək üçün terminal tikəcək. Bunu İranın Azad və xüsusi iqtisadi zonaların Əlaqələndirmə Şurasının katibi Əkbər Torkan bəyan edib. Bu barədə çərşənbə günü İranın ISNA agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, yeni neft ixracı terminalı Fars körfəzində yerləşən Xark adasındakı terminaldan sonra ikinci olacaq.
Əlaqələndirmə Şurasının katibi qeyd edib ki, İran Ərəb dənizi sahillərinə uzunluğu 2200 kilometr olan kəmər vasitəsilə neft ixrac edir və Cask adasında neftin saxlanması və ixracı üçün infrastruktur yaratmağı planlaşdırır.

2013-cü ilin mayında İranın Neft Terminalları Şirkətinin direktoru Piruz Musəvi deyib ki, Xark adasındakı terminalda saxlanan neftin ümumi həcmi 28 milyon barelə çatdırılacaq.
Onun sözlərinə görə, hazırda adada dörd neft anbarı tikilir.


Teqlər:  





Xəbər lenti