Sülhməramlıların çətiri altında talançılıq, yaxud rusların erməniləri qorxudan qorxusu

  Sülhməramlıların çətiri altında talançılıq,  yaxud rusların erməniləri qorxudan qorxusu
  22 Oktyabr 2021    Oxunub:3225
Bu yaxında bütün erməni nəşrlərində belə bir informasiya yayıldı ki, guya Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri “ermənilərin Qarabağdan sürətlə emiqrasiya etməsindən” son dərəcə narahatdırlar. Bununla bağlı “Hraparak” ("Meydan") yazmışdı ki, guya, Moskvada və yerlərdə “hesab edirlər ki, emiqrasiya nəticəsində Qarabağın demoqrafik mənzərəsi dəyişəcək, insanların yaşamadığı torpaqların da müdafiəyə ehtiyacı qalmayacaq...”
"Onlara (Rusiya hökümətinə və sülhməramlı qüvvələrinə) yaxşı məlumdur ki, azərbaycanlılar çəyirtkə kimi çoxalır və bütün dəlmə-deşiklərə dürtülürlər. Sülhməramlıların beş illik dislokasiya müddəti başa çatdıqda onların qalması məsələsi də havadan asılı ola bilər...” - "Hraparak"dakı məqalədə deyilirdi.

Ermənilərin narahatlığı əsassız deyil. Rusiya sülhməramlı kontingentinin rəhbərliyi media relizlərində üçtərəfli sülh razılaşmasının imzalanmasından sonra erməni əhalinin kütləvi şəkildə Xankəndiyə, Ağdərəyə, Xocalıya, yaxud Əsgərana qayıtdığını nə qədər göstərəməyə çalışsalar da, reallıq bunun tam əksini göstərir. Qarabağdan gedən və ora qayıdan erməni əhalisinin ümumi sayı ilə bağlı BMT-nin qaçqınlar üzrə agentliyinin ötən qış yaydığı ilkin informasiya Rusiya sülhməramlı qüvvələrinin məlumatlarına əsaslanan statistikanı təkzib edir. Beynəlxalq təşkilatın verdiyi məlumata görə, 2021-ci il yanvarın 26-da İrəvandan Xankəndiyə avtobuslarla 24.993 “qaçqın” gətirilib. Amma Rusiya tərəfi israrla iddia edir ki, geri qayıdan ermənilərin sayı 50 mindir.

Azərbaycanın Laçın dəhlizində apardığı daimi monitorinq sübut edir ki, sonrakı dövrdə Qarabağı tərk edən ermənilərin sayı ora gələnlərdən çoxdur: ermənilər avadanlıqlarını tələm-tələsik aparır, əsas etibarilə vaxtilə qovulmuş və ya məhv edilmiş azərbaycanlılardan qəsb etdikləri daşınmaz əmlakları satmağa çalışırlar. Qarabağ erməniləri çox gözəl başa düşürlər ki, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında yurisdiksiya tam bərpa olunduqdan sonra onlar qəsb və zəbt etdiklərindən avtomatik məhrum olacaqlar. Odur ki, Rusiya sülhməramlı kontingentinin ərazidə olduğu dövrdən istifadə edərək, özlərilə apara biləcəkləri hər şeyi sərfəli qiymətə satmaq yolunu tutublar. İstisna yalnız separatçı hərəkat başlayana qədər daşınmaz əmlaka malik olanlardır ki, onlar da arxiv materialları əsasında Azərbaycan Respublikasının dövlət reyestrinə daxil ediləcəklər.

Bir faktı da unutmaq olmaz: Azərbaycanın həmin ərazisində bir dənə də erməni ailəsi yoxdur ki, onun üzvləri Azərbaycan əhalisinə qarşı etnik təmizləmə işində fəal iştirak etməsin və separatçı quldur dəstəsinə daxil olmasın. Bu isə o deməkdir ki, bütün hərbi canilər və cinayətkar elementlər gec-tez Azərbaycan qanunları ilə məsuliyyətə cəlb olunacaqlar. Təbii ki, əgər o vaxtacan Azərbaycan ərazisini həmişəlik tərk edə bilməsələr. Erməni tərəfi çox gözəl anlayır ki, Rusiya sülhməramlı qüvvələri missiyalarının qalan dövründə məhz bu cür elementlərin “toxunulmazlığının qarantı” olacaq və primitiv informasiya tullantıları vasitəsilə öz real narahatlıqlarını açıq şəkildə bölüşəcəklər...

Hans Kloss
Nadir Quliyev

AzVision.az


Teqlər: RFsülhməramlıları   Erməni-KİV   Qarabağ  





Xəbər lenti