Rəqsanə Əli Mirəliyevi məhkəməyə verib

Rəqsanə Əli Mirəliyevi məhkəməyə verib
  25 Mart 2014    Oxunub:1052
"Hamı məni qınayır ki, niyə onun cavabını vermirsən? Qorxursan?".
Atmacaları və qalmaqalları ilə gündəmdə olmağı bacaran Əli Mirəliyevin Rəqsanə barədə dedikləri cavabsız qalmayıb. Müğənni Rəqsanə İsmayılova sərt açıqlama verib. AzVision.az xəbər verir ki, ANS telekanalında yayımlanan "Günə Baxan" verilişində qonaq qismində iştirak edən ifaçı həmkarı Əli Mirəliyevi məhkəməyə verdiyini bildirib.

Xanım sənətçi bildirib ki, həmkarı bir neçə dəfə onun ünvanına təhqiramiz sözlər işlədib:

“Bir dəfə mənim haqqımda biabırçı ifadələr söylədi. Cavab vermədim, susdum, ona hörmət etdim. Dünən eşidirəm ki, başqa verilişdə yenə eyni sözləri deyib. Hamı məni qınayır ki, niyə onun cavabını vermirsən? Qorxursan? Mən də gedib Əli Mirəliyevi məhkəməyə verdim”.

Qeyd edək ki, proqram zamanı vəfat etmiş məşhur rep ifaçısı Hüseyn Dərya bir daha yad edilib. Rəqsanə reperin yas mərasiminə qatılmayan sənətçiləri qınayıb: "İndi kimə baxırsan deyir ki, Hüseynin ölümündən pis oldum. Belə pis olurdunuzsa rəhmətliyin yasına gəlib, onu yerdən qaldırardınız. Mən Hüseynlə yaxın dost deyildim, ancaq insan olaraq onun baş daşını düzəltdirməyi üzərimə götürdüm. Bundan sonra bir neçə sənət yoldaşlarım mənə bunu etməyim nəyimə lazım olduğunu deyib".


Teqlər:





Xəbər lenti