Serbiya Azərbaycan oyununda hesab bərabərləşib

Serbiya Azərbaycan oyununda hesab bərabərləşib
  12 Oktyabr 2021    Oxunub:1494
Belqradda futbol üzrə Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu keçirilir.
Azvision.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də start götürən matçı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edir. Hesabı 30-cu dəqiqədə meydan sahibləri Duşan Vlahoviçin penaltisi ilə açsalar da ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Qeyd edək ki, bu komandalar arasında Bakıdakı görüşdə Canni De Byazinin başçılıq etdiyi kollektiv 1:2 hesabı ilə uduzub.
Azvision.az



Teqlər:





Xəbər lenti