Fransa polisi “Qalatasaray” azarkeşlərinin gözünü yaşarda bilmədi
Fransızlar oyundan əvvəl stadionda Yunanıstanın bayrağını açıblar. Nəticədə hələ oyun başlamamışdan atmosfer gərginləşib. Dəqiqələr keçdikcə gərginlik daha da artıb. Fransız polisi “Qalatasaray” tərəfdarlarının olduğu bölümə gözyaşardıcı qazla müdaxilə edib.
Polisin bu hərəkəti azarkeşlərin daha da qəzəblənməsinə səbəb olub. Stadiona qırmızı fişəng atılıb. Nəticədə hakim oyunu dayandırıb. Əsəblərini cilovlamaqda çətinlik çəkən “Qalatasaray” tərəfdarlarını isə klubun baş məşqçisi Fatih Terim sakitləşdirib. Oyun fasilədən sonra davam etdi.
Bəxtiyar Məmmədov
"Cim-Bom" fanatı
Teqlər: Futbol Qalatasaray UEFA