Minsk Qrupu nazirlərin görüşü barədə bəyanat yayıb

  25 Sentyabr 2021    Oxunub :1061
 Minsk Qrupu nazirlərin görüşü barədə bəyanat yayıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşləri barədə bəyanat yayıblar.
Azvision.az qurumun saytına istinadən xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində baş tutub.
Həmsədrlər nazirlərlə görüşüblər

Həmsədrlər Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda, həmçinin hər iki nazirin iştirakı ilə birgə görüşlər keçirdiklərini bildiriblər. Onlar hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü iki ölkənin bölgədə təhlükəsizliyə, sabitliyə və rifaha töhfə verməyi hədəfləyən birbaşa dialoq yolu ilə yenidən sülh prosesinə qayıtmaq əzminin əlaməti olaraq alqışlayıblar.

Qeyd olunur ki, həmsədrlər mandatlarına uyğun olaraq Qarabağla əlaqədar qalan və ya ondan irəli gələn məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qalırlar.

Bəyanatda vasitəçilərin vəziyyəti gərginləşdirməmək üçün görüləcək tədbirlər, eləcə də atılacaq addımlarla bağlı təkliflər irəli sürdüyü də vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər:   Minsk-qrupu  







Xəbər lenti