İstirahət günlərinin hava proqnozu: Yağış, külək
Sentyabrın 26-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, səhər arabir güclənəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-21° isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-25° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.
Sentyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Azvision.az
Teqlər: Hava